BURADA REKLAMINIZ OLA
BİLƏR

Gədəbəydə evə basqın olub, 91 yaşlı qadına əxlaqsızlıq edilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəydə quldurluq etməkdə təqsirləndirilən Tural Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 27 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu Daryurd kəndində qeydə alınıb.

 

Belə ki, Tural həmin gün kənddə tənha yaşayan 1931-ci il təvəllüdlü Fəxriyyə Qasımovanın (ad, soyadı şərti) yaşadığı evə qanunsuz daxil olub. Evə basqın edən təqsirləndirilən şəxs əlləri ilə ahıl qadının qollarından və sinə nahiyəsindən tutaraq divanın üzərinə uzadıb. Daha sonra Tural orada olan rezin sarğı ilə zərərçəkmişin əl və qollarını bağlayıb, yastığı silah qismində tətbiq edib. O, bir neçə dəfə 1-2 saniyə ərzində qadının sifət nahiyəsinə sıxıb buraxmaqla zərəçəkmişdən pul tələb edib.

 

91 yaşlı qadın pulunun olmadığını bildirdikdə Tural divanın üzərindən həmin otaqda olan çarpayının üzərinə aparıb. O, Fəxriyyəni üzü üstə uzatdıqdan sonra onun köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etdib.

 

Belə ki, Tural qadına qarşı əxlaqsızlıq edib və çarpayıdakı döşəyin altında olan 200 manat pulu ələ keçirərək evdən uzaqlaşıb.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tural tutularaq istintaqa təhvil verilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 25 Avqust 2022, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin