BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bunu Paşinyanın əvəzinə Rusiya səfirliyi edəcək”

“Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin etiraz notasına cavab versə də, cavabın mətnini yayımlamayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib ki, notanın məzmunu daxili diplomatik yazışmaların bir hissəsidir və guya buna görə mətnin dərci düzgün deyil. Rusiya səfirliyi XİN-ə göndərdiyi notanın hər cümləsini yayımlamışdı və bu yolla Ermənistan hökumətinə yerini göstərmişdi”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, şübhəsiz Rusiya səfirliyinin notası Ermənistanın Baş naziri Nikol Paşinyanı qəzəbləndirib: “Buna baxmayaraq, o Moskva ilə münasibətləri daha da gərginləşdirməmək üçün notaya cavabın yayımlanmasını lazım bilməyib. Bunu onun əvəzinə Rusiya səfirliyi edəcək. Kreml Ermənistandakı emisarları vasitəsilə notaya cavabı yerli müxalif mediaya ötürəcək. Kreml üçün mətni yayımlamaq həm də ona görə vacibdir ki, erməni cəmiyyəti Nikol Paşinyan hökumətinin Rusiyanın narazılığına reaksiyasını bilsin”.

 

Kənan

Tarix: 25 Avqust 2022, 15:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin