BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: "Ehtiyac olarsa, orqanlarımı bağışlaya bilərəm"

"Orqan bağışlanmasının hər bir insanın etməli olduğu humanitar missiya, addım olduğunu hesab edirəm. Əlbəttə, ehtiyac olarsa, mən də orqanlarımı bağışlaya bilərəm. Bu addım dünyada geniş yayılıb. İnsanlar orqanlarını bağışlayırlar. Dinimiz də buna heç bir məhdudiyyət qoymur. Tərəflər razıdırlarsa və bu heç kimin sağlamlığına xələl gətirmirsə, onda orqanın bağışlanmasına icazə verilir".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


Deputata qeyd edib ki, orqan bağışlanması vacib layihədir: "İnsanlarımızın bu addımı atıb orqanlarını bağışlamaları üçün geniş maarifləndirmə və təbliğat işləri həyata keçirilməlidir. Qeyd etdiyim kimi, insanların bu məsələyə müəyyən münasibəti, müsbət mövqeyi formalaşsın, orqan bağışlanması geniş yayılsın. Bu insanlıq borcudur və mənəvi bir məsələdir. Cəmiyyətimizin də bu məsələlərə çox diqqətlə və həssaqlıqla yanaşmalı olduğunu hesab edirəm".


Leyla Yusubova

Tarix: 25 Avqust 2022, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin