BURADA REKLAMINIZ OLA
BİLƏR

Hicran Hüseynova BDU-dan xaric edilməsi barədə: “Heç xəbərim yoxdur…”

Xəbər verdiyimiz kimi, mətbuatda yayılan iddialara görə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetdə dərs deyən bir qrup müəllimi işdən xaric edib. Həmin müəllimlərin sırasında Milli Məclisin deputatı, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova da var.

 

H.Hüseynova Pravda.az-a açıqlamasında bildirib ki, universitetdən xaric edilməsindən xəbərsizdir: “Ümumiyyətlə, mənim bu məsələdən heç xəbərim yoxdur. Ona görə də bu barədə nəsə deyə bilmərəm”.

 

Qeyd: Hicran Hüseynova BDU-da “Müasir mərhələdə inteqrasiya prosesləri” və “Beynəlxalq münasibətlərdə lobbizm” fənlərindən dəsr deyir. O, 2006-cı ildən bəri universitetin “Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri” vəzifəsində çalışır.

 

Aytəkin Qardaşova

Tarix: 26 Avqust 2022, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin