BURADA REKLAMINIZ OLA
BİLƏR

Misir Mərdanovdan BDU ilə bağlı açıqlama: “Həyəcan keçirməyə əsas yoxdur”

Sabiq təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetindən xaric edilməsi ilə bağlı səslənən iddialara münasibət bildirib.

 

M.Mərdanov Pravda.az-a açıqlamasında əmək müqaviləsinin vaxtının bitdiyini deyib: “Hər il bu proses olur. Kim əvəzçiliklə müəllim işləyirsə, onunla 1 illik əmək müqaviləsi bağlanır, ilin sonunda həmin müqavilə pozulur. Növbəti ildə ehtiyac varsa, yenidən müqavilə bağlanır. Burada senssasiyalı heç bir şey yoxdur. Mətbuatda sensassiya yaratdılar. Tam rahat idim. Əminəm ki, bu, hər il olan bir şeydir. Təbii prosesdir, qanunauyğundur. Təəccüblənməyə və həyəcan keçirməyə əsas yoxdur”.

 

Sabiq nazir növbəti tədris ilində Bakı Dövlət Universiteti ilə yeni əmək müqaviləsi imzalayıb-imzalamayacağı barədə suala isə belə cavab verib: “Yəqin ki, bu, BDU-nun rəhbərliyinin işi olacaq. Ehtiyac duyursa… Adətən hər il sentyabrda yenidən universitetə dəvət olunuram. Yeni müqavilə hazırlanır. Bunu təbii hesab edirəm, qanuna zidd bir şey görmürəm”.

 

Aytəkin Qardaşova

Tarix: 26 Avqust 2022, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin