BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: "Elə bilirlər ki, orqanlarını da o dünyaya aparacaqlar, ürək döyünəcək, böyrək işləyəcək..."

“Orqanların bağışlanması əslində Avropa dəyərlərinə aid məsələdir. Bu dəyərlər hələ ki, bizdə yerində otura bilmir. Çünki notarial qaydada ən yaşlı adam belə evini, mülkünü başqasına, oğluna, övladına, yaxınına bağışlamır, böyük məhkəmə çəkişmələri də olur. Orqanı necə bağışlasın? Hamı elə bilir ki, orqanlarını da özü ilə o dünyaya aparacaq, lazım olacaq. Ürək döyünəcək, böyrək işləyəcək...”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

“Bu, həm də bizdə formalaşan mental keyfiyyətlərlə bağlı olan məsələdir. Bununla bağlı qanun qəbul edirik, amma işləməsi üçün cəmiyyətin həssaslığı yoxdur. İnsanlar özündən başqasını düşünmür. Ona görə də bizim heç bir sahədə starteji planlaşdırmamız olmur. Orqan məsələsi də elə bunun bir göstəricisidir. Məcbur edə bilmərik, insanlar özləri bununla bağlı qərarı verməlidirlər. Onlar bu qərarı verərkən həm də ölümü düşünməlidirlər. Bizdə hamı sanki heç kim ölməyəcəkmiş kimi, heç kim heç nəyi itirməyəcəkmiş kimi yaşayır. Buna görə də məsələyə baxış onun psixoloji tərəflərini düşünərək olmalıdır. Nə qədər ki, bu problem Azərbaycanda var, insanları maarifləndirərək, onlar arasında təbliğat aparaq həll etməyə çalışmalıyıq. Əlbəttə, mən də orqan bağışlamağı düşünürəm və hesab edirəm ki, bağışlamaq lazımdır".

 

Leyla Yusubova

Tarix: 26 Avqust 2022, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin