BURADA REKLAMINIZ OLA
BİLƏR

“İranın keçmiş səfirinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı çıxışı təəssüf doğurur, bu, məqsədyönlüdür”

“İranda bəzi siyasi xadimlər hazırda səlahiyyətlərindən məhrum olmalarına baxmayaraq, bütün hallarda müxtəlif siyasi mövqelərində dayanmış şəxslərdir. Onların ifadələri, çıxışları bu və ya digər şəkildə İran ictimaiyyətini cəlb edir. Bu insanların ara-sıra anti-Azərbaycan ruhlu çıxışları təəssüf doğurmaya bilməz. Çünki onların təcrübələri var, Azərbaycan-İran münasibətləri ilə bağlı kifayət qədər biliklərə malikdirlər. Bu çıxışlarının İrana nə dərəcədə müsbət təsir edəcəyi ilə bağlı təəssüratları da var. İranın Əfqanıstan və İtaliyada səfiri olmuş Əbülfəzl Zöhrəvəndin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı çıxışı təəssüf doğurur və məqsədyönlüdür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, İranda anti-Azərbaycan qüvvələr, eyni zamanda Ermənistanla sıx təmasda olan qruplar çoxdur: “Təəssüf ki, belə insanlar həmin qrupların əlində bir alətə çevrilirlər. Zöhrəvəndin çıxışı İranın rəsmi mövqeyinə ziddir. İranın həm indiki, həm keçmiş ali siyasi rəhbərliyi dəfələrlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz münasibətlərini bildirirdilər. Deyirdilər ki, heç bir vəchlə Azərbaycanın ərazi bütövlüyü “alver” predmetinə çevrilə bilməz və İran dövləti olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Deməli, bu insanlar ya öz rəhbərlərinin çıxışlarına qulaq asmırlar, məhəl qoymurlar, ya da onlara zidd addımlar atırlar. Belə hallara göz yummaq olmaz. Rəsmi strukturlarımız İranın müvafiq strukturlarına diplomatik kanallardan istifadə edərək müraciət etməlidirlər. Bu cür anti-Azərbaycan, İranın rəsmi mövqeyinə zidd olan çıxışlara məhdudiyyət qoyulmalıdır, belə şəxslərlə bağlı tədbir görülməlidir. Zöhrəvəndin çıxışı Azərbaycan-İran münasibətlərinə kifayət qədər zərbə vurur və indiki şəraitdə İranın mövqeyinə, maraqlarına cavab vermir”.

 

Aytəkin Qardaşova

Tarix: 26 Avqust 2022, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin