Dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə önəmli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Pravda.az-a bildirib ki, informasiya texnologiyalarının sürətli inkişafı dövrün tələbinə çevrilib:
“Tamamilə yeni bir dövrdəyik. Bu dövrün tələblərinə uyğunlaşmalıyıq, əks halda gündən-günə inkişaf edən bu sistemdən geri qala bilərik. İndi bir çox dövlət qurumlarında elektron hökumətə keçid var. Lakin bu sahədə hələ də boşluqlar mövcuddur. Bəzi dövlət qurumları çərçivəsində İKT sahəsinin inkişaf etdirilməsi üçün müəyyən işlər görülür. Düşünürəm ki, bu sahədə ən böyük problemlərdən biri məhz mütəxəssis çatışmazlığıdır. Həmin sahə ilə əlaqəli şəxslərin vahid birliyinin olmaması da müəyyən problemlərə səbəb olur. Xüsusilə, çalışıb mütəxəssislər yetişdirməliyik. Bunun üçün dövlət dəstəyi də olmalıdır ki, həmin sahə üzrə peşəkar şəxslər müəyyən təcrübə qazanmaq üçün çalışsınlar. Bir halda ki, dövlət xaricdən mütəxəssis dəvət edir, biz bu tələbatımızı mütəxəssislərimizi yetişdirməklə ödəyə bilərik. Təəssüf ki, bəzən də İKT mütəxəssisləri bir müddətdən sonra başqa ölkələrə üz tuturlar. Hesab edirəm, peşəkar kadrların ölkədə qalıb işləməsinə şərait yaratmalıyıq. Onların fəaliyyətinə mane olan hər bir problem həllini tapmalıdır. Yalnız bu halda İKT-nin inkişafına nail ola bilərik. Yəni belə demək olarsa, əlverişli şəraiti yaratmasaq, İKT sahəsinin inkişafını ləngitmiş olacağıq. Elektron dövlət yaradılması təbii ki, qısa müddətin işi deyil. İnformasiya cəmiyyətinin formalaşması da bu prosesin tezləşməsinin bir təzahürüdür. Bir halda ki, yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı və həcmi günü-gündən artır, prosesin daha uğurla başa çatması üçün cəmiyyət də buna hazır olmalıdır”.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov isə deyib ki, həyatın hər bir sahəsində yeni texnologiyaların elektronlaşma üzərindən tətbiqi, mexaniki vasitələrin aradan qaldırılması və s. sırf informasiya texnologiyaları sahəsi ilə birbaşa, yaxud dolayı yollarla əlaqəlidir:
“Bu sahənin tələbatı növbəti yüzilliyin ən qaçılmaz, önəmli sahələrindən biri kimi ortaya çıxır. Yaşadığımız yüzillik kompüter erası adlanır. Bu erada kompüterlərin, müasir texnologiyaların həyatımızda birbaşa və ya dolayı təsirini hiss etdik. Amma bundan sonrakı mərhələdə, sadəcə, kompüterlərin, elektron avadanlıqların deyil, artıq daha müasir, inkişaf etmiş texnologiyların, süni intellekt kimi, yəni insanların bəzi funksionallıqlarını əvəz edəcək səviyyədə həyatımıza müdaxiləsini hiss edəcəyik. Bu, qarşısıalınmaz bir şeydir, mütləq tələbatdır. İnsanların bacarmadıqları, onlar üçün həyati təhlükə yaradan işlərdə artıq robotlarladan istifadə olunmağa başlayıb. İnsan faktorunun zərər çəkməsini azaltmaq üçün son dövrlər insansız avtomobilləri, təyyarələri müşahidə edirik. Xüsusən birinci növbədə hərbi texnologiyalar üçün bunlar tətbiq olunur. Getdikcə tendensiya artacaq. Bu baxımdan, xüsusən qeyd etmək istəyirəm ki, informasiya texnologiyalarının inkişafı mütləq diqqət mərkəzində olması gərəkən sahədir. Bu sahədə beynəlxalq təlimlər keçirik. Ölkə rəhbərliyi tərəfindən bu sahədə yürüdülən siyasət çox doğrudur. Azərbaycan son dövrlər aparılan islahatalardan sonra regional mərkəzə çevrilmək üzrədir. Yaxın gələcəkdə bunu müşahidə edəcəyik, hətta artıq müşahidə etməyə başlamışıq. İKT sahəsində çalışan bir çox dünya səviyyəli, xüsusən Ukrayna və Rusiyadan çıxan vendor şirkətlər artıq Azərbaycanda mərkəzlərini qurmağa başlayıblar. Bunun bir çox səbəbi var, geoloji, siyasi maraqlar burada rol oynayır. Azərbaycan artıq müharibə ölkəsi deyil, stabil təhlükəsizdir. Belə məqamlar beynəlxalq şirkətlər üçün önəmlidir. Son dövrlər qonşu ölkələrdə olan qarışıqlıq bizim üçün üstünlük yaratdı”.
F.Əmirov deyib ki, İKT sahəsini bir az daha təkmilləşdirsək, Azərbaycanı informasiya texnologiyaları infrastrukturu üzrə dünya səviyyəli ölkə kimi görə bilərik: “Bu gedişatla yaxın gələcəkdə regional mərkəz kimi fəaliyyət göstərəcəyik. Bu isə iqtisadiyyatımıza çox böyük gəlir gətirəcək. Hər şey elektronlaşır, elektronlaşan hər şey bizim üçün həyat standartlarını asanlaşdırır. İnsanlarımıza da İKT imkanlarını təlqin etmək lazımdır. İnsanlar texnologiya ilə doğma olmalıdırlar. Mexaniki avadanlıqlardan çıxmaq lazımdır. Ümumilikdə, ölkə səviyyəsində informasiya texnologiyalarına ayrılan diqqət yaxşıdır. Lakin fərdlər səviyyəsində bundan narazıyam. Məsələn, ali məktəblərimizdə bu məsələdə çox böyük boşluqlar var. Düzdür, bəzi ali təhsil müəssisələri müəyyən qədər işlər görüb, tələbələrə kifayət qədər təlim keçirlər. Amma bunlar kifayət deyil, çünki tələbələrin universitet həyatında öyrəndikləri texniki biliklərlə iş həyatında heç nə etmək, uğur qazanmaq olmur. Ona görə də bütün tələbələr məcburən hər hansı formada əlavə təlimlərə qatılırlar. Bunun inkişafı üçün müəyyən addımlar atılmalıdır”.
O bildirib ki, Azərbaycanda İKT sahəsinə çox böyük maraq var: “Bu sahədə uğur qazanan fərdlərimizin sayı çoxdur. Dünyanın bir çox inkişaf etmiş ölkəsində tanınan-tanınmayan xeyli İT mütəxəssislərimiz işləyir. Onlar Azərbaycanda orta səviyyəli şirkətlərdən çıxmış mühəndislərdir. İndi isə “Facebook”, “Google” və s. kimi böyük şirkətlərin texniki işlərini aparırlar. Onlar buna nail olublarsa, deməli, ölkəmiz daxilindəki bütün layihələri çox sərbəst idarə edə bilərlər. Onlar kimi gənclər yetişməkdədir, hazırda da var. Sadəcə, bir az daha münbit şərait olsa, özlərini daha yaxşı şəkildə göstərərlər. Azərbaycanda informasiya texnologiyalarının inkişafı qənaətbəxşdir, əsas səbəbləri ölkədə yeridilən siyasət, ayrılan vəsait, bu sahəyə verilən dəstəkdir. Çatışmazlıqlar da var, amma bunu konkret hər hansı faktorla bağlamaq çətindir. Çünki burada kompleks yanaşma olmalıdır. Düşünürəm, yaxın gələcəkdə bu sahədə yeniliklər mütləq şəkildə olacaq. Çünki qazandığımız böyük qələbədən sonra xüsusən işğaldan azad etdiyimiz torpaqlarımızda “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin tətbiqi ölkəmizdə dünya səviyyəli İKT infrastrukturunun qurulmaq üzrə olduğunu sübut edir. Dünyada ABŞ, Böyük Britaniya kimi böyük ölkələrdə belə “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri tam olaraq tətbiq olunmur. Biz isə bu layihələri bütün yaşam infrastrukturuna – qəsəbə, şəhər, kəndə tətbiq edirik. Bu, dünyada böyük bir addımdır. Həmin regionlar stabiləşdikdən sonra, əminəm ki, digər regionlarımız üçün də eyni addımları atacağıq. Müharibədə də qalib gəlməyimizin əsas səbəbi yüksək səviyyəli texnika idi. Bunu tək biz deyil, bütün dünya müşahidə edir. Xüsusən Qarabağ müharibəsi dünya ölkələri üçün bir nümunə oldu, sübut etdi ki, texnologiya nələr bacarır, hansı aşılmaz maneələri insanların məhv edə bilmələri üçün əlçatan edir. Bu sahədə son dövrlər yaranan tələblər də onu göstərir ki, inkişaf etmək istəyiriksə, İKT sahəsinə xüsusi diqqət ayırmalıyıq. Çətin olsa da, maraqlı sahədir. Xüsusən bu sahəyə marağı olan gənclərimizə tövsiyyə edirəm ki, gələcəklərini İKT sahəsi üzrə qura bilərlər. Bu sahənin parlaq gələcəyi var və tələbat böyükdür”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
Ən son xəbərləri səhifəmizdən də izləyin