“Bəziləri düşünür ki, sərbəst geyinmək onların haqqıdır, necə istəsələr, o cür də geyinə bilərlər. Elə deyil. Geyim ictimai davranış normasını ifadə etməlidir. Axı sən tək deyilsən. Belə çıxır ki, sənin paltarsız gəzmək hüququn da var? Onda paltarsız gəz. İstənilən şəkildə geyinmək doğru deyil. Hər bir dövlətin, xalqın öz adət-ənənsi, mentaliteti var. Bu dəyərlərə yaxın olmaq, hörmətlə yanaşmaq lazımdır. Aksiya iştirakçılarının (Sənay Yağmurla bağlı keçirilən aksiyanı nəzərdə tutur-red) geyimi açıq-aşkar xalqa etinasızlıqdır. Xalqın adətlərinə, ümumi istəyinə qarşı yönəlib. Təəssüf ki, belələrini müdafiə edənlər də var. Ona görə bunlar qudurublar, özlərini çəkinmədən nümayiş etdirə bilirlər. Həyasızlığı normaya çeviriblər”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, xüsusən qadına həyalı olmaq çox vacibdir: “Məhəmməd peyğəmbər deyirdi ki, həya dinin yarısıdır. Qadın özünü bazara çıxarmalı deyil, özünə qarşı sevgi doğurmalıdır, şəhvət, nifrət hissi yox. Ona yalnız əxlaqlı münasibət göstərilməlidir. Qadın elə davranmalıdır, hər kəs nəticə çıxarsın ki, onun həyatı bir nəfərə aiddir, hamıya yox. Onda kişilər də həmin qadına sevgi ilə yanaşar, doğru münasibət qurular. Ailə, xoşbəxtlik yaranar, əxlaqsızlıq, yayğınlıq olmaz. “Ağa Nəzərəm, belə gəzərəm” ola bilməz. Sənin hüquqların başqalarının hüquqlarının pozulduğu həddə qədərdir, başqaları isə cəmiyyətdə əxlaq, mənəviyyat görmək istəyir“.
T.Kərimli aksiya iştirakçıları arasında LGBT nümayəndələrinin üstünlük təşkil etməsinə də münasibət bildirib: “Hökumət bu cür “üzdəniraqlar”ın aksiyalarına daha dözümlü, yumşaq rəftar edir. Səbəbi isə tənqidlərindən yan keçmək üçün Qərbə göstərmək istəyir ki, bizdə bu cür azadlıqlar mövcuddur. Ona görə də lap başlanğıcdan mənfi şeylərə yol vermək lazım deyil. Söhbət ondan gedir ki, Azərbaycan Avropa Şurasına daxil olan zaman istər hökumtəyönlü, istər digər müxalif partiyalar hamısı gedib öhdəlik götürdülər ki, bu cür insanlara, davranışlara təminat veririk, bizi Avropa Şurasına daxil edin. Elə o vaxt ciddi narahatlığımı ifadə etmişdim. Avropa Şurasına daxil olanda rəsmi imzalarını qoydular ki, bu “üzdəniraqlar”a qarşı nəinki mənfi rəftar etməyəcəyik, hətta onlar qanunvericilik yolu ilə himayə olunacaqlar. Qanunlarda da müəyyən dəyişiklik olundu. Cinayət Məcəlləsindən 113-cü maddə götürüldü. Bünövrəsi qoyuldu, indi isə bunun qarşısını almaq görün necə çətindir”.
Deputat bildirib ki, ən azından bundan sonra mənfi tendensiyalar, əxlaqımıza, mənəviyyatımıza uyğun olmayan hallar baş verəndə əvvəlcədən qarşısı alınmalıdır: “Məhkəmə qərarından söhbət gedirsə, əlbəttə, məhkəmənin hansısa cinayətkara qarşı qanundankənar rəftarından, cəza siyasətindən bəhs etmirəm. Bu, yolverilməzdir. Qarşında, müttəhim kürsüsündə ən qatı düşmən belə olsa, sən onunla qanunun və ədalətin dili ilə danışmalısan. Konkret iş necə olub, bilmirəm, hər halda bu işdən xoşum gəlmir. Çünki məhkəmə işinin özü Azərbaycan mentalitetinə uyğun olmayan motivlərlə müşaiyyət olunub. Hər bir halda, hesab edirəm, maarifləndirici məsələləri daha çox qabartmaq lazımdır. Camaat cəlb olunmalıdır ki, belələri özlərinə yer tapa bilməsinlər. Milli Məclisdə İstanbul Konvensiyasının xüsusən 4-cü maddəsinin qəbul olunmasına qəti etirazımı bildirmişdim. Bu qanun insanı bioloji yox, sosial varlıq hesab edirdi. Yəni belə çıxırdı ki, istənilən kişi özünü qadın saya bilər, qadın da kişi. Təbiətin qanunlarına zidd qanunvercilikdir. Avropa və Qərb bu mövzuda nə qədər mənəviyyatsızlığa uğrayıb. Onlarda texnologiya inkişaf etsə də, fərqi yoxdur. “Quran”da “Hud” surəsi belə hallardan bəhs edir. Roma imperiyası keçmişdə bu cür əxlaqsızlıqlara görə dağıldı. Çox ciddi şəkildə hər yanda təbliğat aparmaq, Şərq ölkələrindən nümunə götürmək lazımdır. Yoxsa televiziyalarda, sosial şəbəkələrdə həyasızlar, əxlaqsızlar, təbliğ olunacaq, meydan sualayacaqsa, görünüşləri, rəftarları, danışıqları maraq üçün camaata təbliğ ediləcəksə, cəmiyyət də deqradasiyaya uğrayacaq”.
Aytəkin Qardaşova
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
Ən son xəbərləri səhifəmizdən də izləyin