BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ və Fransa səfirləri Şuşaya niyə getmək istəmirlər? - ŞƏRH

“Bu sualı mən adı çəkilən ölkələrdən birinin səfirinə, digərinin isə müşavirinə vermişəm. Cavablarından aydın olub ki, Şuşaya səfər etmək üçün hər iki səfir öz ölkələrinin rəsmilərinin icazəsini almalıdırlar. Belə bir icazə olmadığına görə, ABŞ və Fransa səfirləri Bakının Şuşaya səfər etmək dəvətindən hər dəfə imtina edirlər. Onda sual olunur: Vaşinqton və Paris niyə Azərbaycandakı səfirlərinin Şuşaya səfərlərinə icazə vermir? Görünür, bu, Şuşanın yerləşdiyi məkanla bağlıdır. Misal üçün, eyni səfirlər işğaldan azad olunan Ağdam və ya Fizuliyə səfərdən imtina etmirlər. Şuşa isə keçmiş Dağlıq Qarabağ ərazisidir və ABŞ-la Fransa səfərdən imtina etməklə demək istəyir ki, bölgənin “statusu” müəyyənləşməlidir. Halbuki, ikinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev dönə-dönə vurğulayıb ki, Qarabağa heç bir status verilməyəcək”.

 

Pravda.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Vaşinqton və Parisdəki dairələr erməni lobbisinin qəzəbindən də ehtiyat edirlər: “Hər iki səfir Şuşaya getsə, erməni lobbisi onların Xankəndiyə də enmələrini tələb edəcək, separatçılarla görüşə isə rəsmi Bakı icazə verməyəcək. ABŞ və Fransanın mənasız inadkarlığına baxmayaraq, bir müddət sonra hər iki ölkənin səfiri həm Şuşaya, həm də Laçına səfər edəcəklər. Başqa alternativləri yoxdur. Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün aydın deyib ki, səfirlərin Şuşaya səfərdən imtinaları ABŞ və Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir. Vaşinqtonla Paris ermənilərin xətrinə dəyməsin deyə Azərbaycanla münasibətləri soyutmaqmı istəyir?”

Tarix: 27 Avqust 2022, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin