BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarov: "Azərbaycanın milli maraqlarına uyğundursa, Avrasiya İttifaqı ilə əməkdaşlıq etmək olar”

“Azərbaycanın Qərbdən uzaqlaşmasına inanmıram. Lakin Avrasiya İttifaqı və ya hansısa beynəlxalq təşkilatla əməkdaşlıq Azərbaycanın suverenliyidir. Azərbaycan hökuməti bununla bağlı özü qərar qəbul edir. Avrasiya İttifaqına üzv olub-olmamaq siyasi qərardır, ölçüb-biçmək lazımdır”.


Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.


O bildirib ki, bütün məsələlər Azərbaycanın maraqlarına uyğun olmalıdır: “Ermənistandan başqa, Avrasiya İttifaqının üzvlərinin əksəriyyəti ilə Azərbaycanın ticarət dövriyyəsi yaxşı inkişaf edib. Əgər bu, sərfəlidirsə, niyə görə Avrasiya İttifaqı ilə əməkdaşlıq etməyək? Niyə öz-özümüzə ziyan vuraq? Azərbaycanın milli maraqlarına uyğundursa, Avrasiya İttifaqı ilə əməkdaşlıq etmək olar”.


Aytəkin Qardaşova

Tarix: 27 Avqust 2022, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin