BURADA REKLAMINIZ OLA
BİLƏR

“Səfirlər “Şuşaya niyə getmirsiniz?” sualından qurtula bilməyəcəklər”

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev davamlı dəvətlərə rəğmən ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin Şuşaya səfərlərdən imtina etmələrini  Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirdi. İkinci Qarabağ müharibəsindən sonra bu mövzuya bir neçə dəfə toxunmuş və keçmiş həmsədr ölkələrin səfirlərinin Şuşaya səfərlərdən imtinasını tənqid etmişdim. Rusiya səfiri Şuşaya getdi və adını “qara dəftərdən” çıxardı. Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin adlarını ilk dəfə xüsusi çəkməklə onlara qarşı Azərbaycanda ictimai qınağı artırdı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Hikmət Hacıyevin bugünkü açıqlamasından sonra erməni separatçılarının təmsilçiləri ard-arda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin ünvanına təriflər yağdırırlar. Bunun özü də ABŞ və Fransa səfirlərinin Azərbaycandakı fəaliyyətini çətinləşdirəcək. Onlar hara getsələr “Şuşaya niyə getmirsiniz” sualından qurtula bilməyəcəklər” – E.Şahinoğlu bildirib.

 

Kənan

Tarix: 27 Avqust 2022, 22:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin