BURADA REKLAMINIZ OLA
BİLƏR

Əflatun Amaşov Mətbuat Şurasının sədri vəzifəsindən gedəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

Əflatun Amaşov Mətbuat Şurasının sədri vəzifəsindən gedəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Ə.Amaşov Pravda.az-a açıqlamasında deyib ki, məlumatlar həqiqətə uyğun deyil.

 

“Bilmirəm, bu xəbəri nə məqsədlə yayıblar. Yalandır” – o qeyd edib.

 

Əflatun Amaşov Azərbaycan jurnalistlərinin növbəti qurultayında yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi bağlı suala isə belə cavab verib: “Bunu qurultay müəyyən edəcək. Azərbaycan jurnalistlərinin qurultayının vaxtından bir neçə ay keçib. Yəqin ki, yaxın günlərdə İdarə Heyətinin iclasını toplayacağıq. İclasda bu məsələni müzakirə edəcəyik. Qurultayın vaxtını müəyyənləşdirəcəyik. Yeni tərkibi də qurultay seçəcək. Hər şey qurultayın səlahiyyətindədir”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Avqust 2022, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin