BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə: “Qadınların qəbiristanlıqları ziyarət etməsində qəbahətli bir iş yoxdur”

“Qadınların qəbiristanlıqları ziyarət etməsində qəbahətli bir iş yoxdur. Şəriətdə, “Qurani-Kərim”də qadınlar haqqında surələr var. Bu surələrdə isə qadın hüquqlarına, onlara qoyulan hörmət hər şeydən öndədir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə deyib.

 

“Bəzi dindarların bunu düzgün hesab etmədiyini də görürük. Ancaq bizim qadınlar geyimlərini, davranışlarını, qəbiristanlıqları ziyarət edərkən lazım olan şəriət qaydalarını çox gözəl bilirlər. Sadəcə, bəzi insanlarda bununla bağlı yalnış fikirlər formalaşıb. Kişilərin qəbiristanlıqda doğmalarını nə qədər ziyarət etmək haqqları varsa, qadınların haqqı onlardan da çoxdur, çünki qadınlar anadırlar” – C.Paşazadə qeyd edib.

 

Leyla Yusubova

Tarix: 29 Avqust 2022, 13:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin