BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mübariz Mənsimov heç kimin kömək istəyini geri çevirməyib" - Baloğlan Əşrəfov

Əməkdar artist Baloğlan Əşrəfov Mübariz Mənsimovun Türkiyədə həbs olunmasına münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, B.Əşrəfov deyib ki, Mübariz Mənsimov heç vaxt belə bir işlə məşğul ola bilməz, o, təmiz, saf bir insandır: "Ola bilsin ki, kimlərsə onu ləkələməyə, gözdən salmağa çalışır. Azərbaycan ictimaiyyətinə bəllidir ki, Mübariz Mənsimov necə vətənpərvərdir.

Qayğıkeş bir azərbaycanlı olaraq şəxsən mənə, başqa soydaşlarımıza çox kömək edib. Ona əlini uzadan qazilərə, sağalmaz xəstəlikdən əziyyət çəkənlərə kömək edib. Heç kimin kömək istəyini geri çevirməyib.

Əziz həmvətənlər, gəlin hamılıqla bu cür vətən övladımıza sahib çıxaq, onu ləkələnməyə qoymayaq, öz insanlıq və təəssübkeşlik borcumuzu ləyaqətlə yerinə yetirək. Mübariz Mənsimov kimi oğulları qorumaq hər birimiz üçün olduqca önəmlidir”.

Tarix: 18 Mart 2020, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin