BURADA REKLAMINIZ OLA
BİLƏR

AQTA-nın əməkdaşı bu müəssisəni niyə möhürləmək istəyib? - FOTO - VİDEO

Bakıda fəaliyyət göstərən müəssisələrdən birində özünü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı kimi təqdim edən şəxs müəssisənin qapısı möhürləmək istəyib.

 

Pravda.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist Azər Həsrət bildirib.

 

“Obyekti möhürləmək istəyən şəxsin kimliyini bilmirik. Gəlib bir iş yerinə, deyir ki, buranı plomblamalıyam. İddia edib ki, AQTA-dan gəlib. Adını soruşublar, deməkdən imtina edib. Kimdirsə, ya adıkeçən qurumun adından sui-istifadə edir, ya da oranın işçisidir, rüşvət almaq üçün çırpınırmış. Qoşqar Təhməzli və idarəsindən xahiş edirik ki, məsələyə aydınlıq gətirsin”.

 

AQTA-nın mətbuat katibi Aysel Fərziyeva məsələ ilə bağlı açıqlamasında bildirib ki, sözügedən müəssisə Yasamal rayonu, Şərifzadə küçəsi 9 ünvanında yerləşən, fiziki şəxs Kərimova Təranə Həsən qızına məxsus unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsidir: “AQTA əməkdaşlarıının apardığı yoxlama zamanı müəssisədə sanitar-gigiyenik tələblərin kobud şəkildə pozulduğu, hətta un və un məmulatlarının sanitar qovşağın olduğu yerdə saxlandığı aşkar edilib. Bununla bağlı müəssisədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub. Təbii ki, əməkdaşımız özünü sahibkara təqdim edib, lakin müfəttiş qanunvericiliyin tələblərini icra edərkən kənar şəxslərin prosesə müdaxiləsi doğru deyil”.

 

A.Fərzəliyeva müəssisədə çəkilən videoya baxdıqdan sonra hansısa izaha ehtiyac olmayacağını da deyib.

 

Həmin videonu təqdim edirik.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 29 Avqust 2022, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin