BURADA REKLAMINIZ OLA
BİLƏR

Parlamentdə mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsi təklif edildi

“Hazırda ölkəmizdə islahatlar gedir. Həmkarlarımız da çıxışlarında media sahəsində islahatların aparılmasını səsləndirirlər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimiz peşəkarlığı aşağı səviyyədir. Əsla belə deyil”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

Deputat bildirib ki, medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıdır:

 

“Media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məzh reklam vasitəsilə formlaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bununda obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ləri götürməliyik”.

 

Ə.Amaşov mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini təklif edib.

Tarix: 25 Noyabr 2019, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin