BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanda koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.

 

Daxili İşlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, polisin gücləndirilmiş iş rejimindəki fəaliyyəti Novruz bayramı günlərində də davam etdiriləcək.

 

Belə ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarının şəxsi heyəti novruz bayramı günlərində ictimai asayişin daha nümunəvi qorunması məqsədi ilə mart ayının 20-dən 27-dək gücləndirilmiş iş variantında xidmət edəcəklər.

Tarix: 18 Mart 2020, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin