BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Müsavat Partiyasının başqan müavinini təbrikə görə tənqid edənlər qələbəmizə sevinməyənlərdir”

“Müzəffər Ordumuzun Laçın, Zabux və Sus yaşayış məntəqələrini nəzarətə götürməsi münasibətilə Müsavat Partiyası başqanının müavini Osman Kazımovun xalqı təbrik etməsi, bunun Ali Baş Komandan İlham Əliyevin uğuru olduğunu deməsi siyasi mədəniyyətin təzahürüdür. Ölkəmizdə yeni siyasi konfiqurasiya və iqtidarla müxalifət partiyaları arasında siyasi dialoq mühiti formalışıb. Bu, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların uğurlu nəticəsidir. Artıq ölkəmizdə fəaliyyət göstərən partiyalar arasında xalqımız və dövlətimiz üçün vacib məqamlarda milli həmrəylik nümayiş etdirmək, uğurlarımızı dəyərləndirmək istiqamətində siyasi mədəniyyət formalaşıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Azər Badamov deyib.

 

Deputat təəssüflə bildirib ki, Osman Kazımovun təbriki bəzi anti-milli qüvvələr tərəfindən qeyri-adekvat qarşılanıb və tənqid olunur: “Bu cür tənqidi yanaşanları Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüynün təmin edilməsinə, qələbəmizə sevinməyən, düşmənin maraqlarına xidmət edən ünsürlər hesab edirəm. Çünki milli və dövlətçilik məsələlərində bütün siyasi qüvvələr özlərinin siyasi baxışlarından asılı olmayaraq birləşməli və həmrəylik nümayiş etdirməlidirlər. Belə olan halda dövlətimiz daha güclü, müstəqilliyimiz möhkəm olar. Hesab edirəm ki, Osman Kazımovu tənqid edənlər Azərbaycanın qələbəsinə sevinməyənlər, dövlətimizin uğurlarına peşman olanlardır”.

 

Aytəkin Qardaşova

Tarix: 30 Avqust 2022, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin