BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar Bayramov: “SSRİ dövründə inşa edilən binalarda “JEK”lər praktik olaraq aktivdirlər”

“Yeni inşa edilən binalarda formalaşdırılan komitələr bütövlükdə binaların idarəetməsinə məsuldur. Lakin keçmiş SSRİ dövründə inşa edilən binalarda “JEK”lər praktik olaraq aktivdirlər. Təklif edirəm, “JEK”lərlə binaların münasibətləri təkmilləşdirilsin, daha da sivil formada tənzimlənsin”.


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


“Xüsusən nəzərə alsaq ki, praktik olaraq hər bir qurum xidmətinə görə vəsait əldə etməlidir. Ona görə də “JEK”lər, yəni Mənzil-Kommunal Təsərrüfatları tərəfindən də həyata keçirilən xidmət növlərinin müəyyənləşdirilməsi, həmin xidmətə görə ödənişlərin həyata keçirilməsi daha məqsədəuyğundur. Bina sakinləri nə binanın özündə, nə də həyətində hansısa bir xidmətdən istifadə etmirlərsə, təbii ki, həmin xidmətə görə ödəniş etmələrinin izahı çətindir. Ona görə də “JEK”lərin mənzillərə hansı xidməti göstərdikləri birmənalı şəkildə müəyyənləşdirilsin. Həmin xidmətlərə görə haqlar razılaşdırılsın. Bu, daha məqsədəuyğun olar”, - V.Bayramov bildirib.


Aytəkin Qardaşova

Tarix: 30 Avqust 2022, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin