BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşların qəbulu dayandırıldı - Milli Məclisdə

Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırılıb.

Milli Məclisin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, bu, Parlamentin Sədri Sahibə Qafarova Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncamında əksini tapıb.

Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılıb ki, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırsın.

Sərəncama əsasən, Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsi ilə qəbul etməlidirlər.

Tarix: 18 Mart 2020, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin