BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: ""Media haqqında" qanun zaman keçdikcə kifayət qədər müsbət töhfələr verəcək"

“Azərbaycan inkişaf etdikcə bütün sahələrdə olan müsbət məqamlardan danışmaq olar. Bu müsbət məqamlardan biri də Azərbaycanda mövcud olan “Media haqqında” qanundur. Media cəmiyyətin güzgüsüdür. Biz necəyiksə, mediamız da elədir. Kütləvi informasiya vasitələrinin hər biri cəmiyyətdə baş verən hadisələri operativ şəkildə üzə çıxararaq göstərir və insanları məlumatlandırır. Hazırda medianın qarşsında duran əsas vəzifələrdən biri dövrün tələblərinə uyğun daha operativ, daha sürətli məlumatın alınıb ötürülməsidir. “Media haqqında” qanunun bu məsələlərin həll olunması üçün çox böyük əhəmiyyət daşıdığını hesab edirəm”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, son illər onlayn medianın inkişafını xüsusilə qeyd etmək lazımdır: “Onlayn mediada şəffaflığın təmin olunması baxımında bir çox maraqlı məqamlar var. Onlardan biri dövlət orqanlarının, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, eləcə də rəsmi qurumların mətbuat katiblərinin məlumat və yazılarının operativ olaraq olduğu kimi ötürülməsi və çap olunmasıdır. Bundan əlavə, onlayn media subyektlərində məsul redaktorun, eləcə də yazı müəllifinin ad və soyadının qeyd olunması da bu sahədə şəffaflığın təmin olunmasına gətirib çıxarır. Media orqanlarından “Media haqqında qanun”un tələblərindən irəli gələrək daha şəffaf fəaliyyət göstərmələri tələb olunur. Bunların hər biri müsbət məqamlardır. Əksəriyyət ilk məlumatları televiziyadan əvvəl onlayn mediadan almağa çalışırıq. Bu platformalar hər birimizin maarifləndirilməsində böyük rol oynayır. “Media haqqında” qanunun zaman keçdikcə kifayət qədər müsbət töhfələr verəcəyini düşünürəm.  Ümumiyyətlə, cəmiyyətimizin hərtərəfli inkişafında media və onunla bağlı qanun müsbət rol oynayacaq”.

 

Leyla Yusubova

Tarix: 31 Avqust 2022, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin