BURADA REKLAMINIZ OLA
BİLƏR

Turan İbrahimov yenidən ATV-yə qayıdır? - AÇIQLAMA

Teleaparıcı Turan İbrahimov yeni layihə ilə ATV kanalına qayıdacaq.

 

Pravda.az-a daxil olan məlumatda bildirilir ki, T.İbrahimov artıq komandasını da toplamağa başlayıb.

 

Əməkdaşımız məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün Turan İbrahimov ilə əlaqə saxlayıb.

 

Teleaparıcı ATV-yə qayıdacağı ilə bağlı yayılan məlumatı nə təsdiq, nə də inkar edib:

 

“Televiziya kanalları ilə hazırda danışıqlar gedir. Bu dəqiqə üç kanaldan təklif var. Müzakirə edirik. Hələ real qərar verilməyib”.

 

T.İbrahimov təklif aldığı kanalların adını açıqlamaq istəməyib:

 

“Bunu açıqlamaq istəmirəm. Bəlkə, həmin kanallar da istəmirlər ki, söhbət çıxsın”.

 

Xatırlatma: Turan İbrahimov 2017-ci ildə ATV-dən uzaqlaşdırılmışdı. O, həmin vaxta qədər “ATV Səhər” proqramının aparıcısı idi.

 

Aytəkin Qardaşova

Tarix: 31 Avqust 2022, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin