BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyev Şuşaya getdi

İctimai fəal Bəxtiyar Hacıyev Şuşaya səfərə gedə bilib.

 

Pravda.az xəbər verir ki, bu barədə B.Hacıyev özü məlumat verib.

 

“Axır ki, Şuşa avtobusuna mindim. Ədalət müəllimin avtobusuna yox, xalq avtobusuna. Bir neçə aylıq əziyyətdən sonra bilet satışı günü və saatını gözlədim, xeyli çətinliklə də olsa, bilet aldım. Avtobusda əslən Şuşadan olanları qeyd etdilər, onlara qısaca evlərini görməyə də icazə verəcəklər. Dedim, bəs özümüz şəhəri gəzmək istəsək? Dedilər ki, icazə yoxdur. Kim vermir, niyə vermir, hələ anlamamışam - ictimai fəal qeyd edib.

Tarix: 1 Sentyabr 2022, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin