BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vasitəçilik uğrunda Moskva ilə Brüssel arasındakı rəqabət maraqlarımıza xidmət edir” - RƏY

“Azərbaycanla Ermənistan arasında iki vasitəçi var – Rusiya və Avropa İttifaqı. Brüssel və Moskva Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılmasını, sərhədlərin müəyyənləşməsini, sülh sazişini və əsirlər mövzularını müzakirə edirlər. Bu mövzuların heç birində ciddi irəliləyiş olmasa da, əsas odur ki, Brüssel və Moskva Qarabağ mövzusuna toxunmur, Minsk qrupunun adını çəkmirlər”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, qeyd etdiyi bu iki nüansın özü belə maraqlarımıza cavab verir: “Vasitəçilik uğrunda Moskva ilə Brüssel arasındakı rəqabət də maraqlarımıza xidmət edir. Biri ləng tərpənəndə, o birisinin üstünlüyündən istifadə etmək mümkündür”.

 

Kənan

Tarix: 1 Sentyabr 2022, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin