BURADA REKLAMINIZ OLA
BİLƏR

Tələbələr hansı smartfonlara üstünlük verməlidirlər?

Hazırda yeni tədris ilinin başlamasına az müddət qaldığından mobil telefon alışına tələbat çoxalıb. Bazarda o qədər fərqli smartfonlar var ki, əvvəlcədən məlumatlanmamış insan seçim edərkən çətinlik çəkir. Məktəblilərdən fərqli olaraq, tələbələr üçün smartfon seçimi xeyli çətindir. Belə ki, seçilmiş smartfon həm qiymət cəhətdən sərfəli olmalı, həm də lazımi tələbləri ödəməlidir. Burada da mütəxəssislərin rəyi köməyimizə gəlir.

 

Kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünas Pravda.az-a açıqlamasında bildirib ki, tələbələr üçün adətən orta büdcəli seqmentdə smartfonlar alınır.

PayPal” Azərbaycanda niyə fəaliyyət göstərmir? - ARAŞDIRMA

O bildirib ki, tələbələr adətən “Xiaomi”, “Samsung”, Huawei” markalı smartfonlara üstünlük verirlər: “Tələbələr adətən “İphone” və ya flaqman smartfon almırlar. Təbii ki, bu, tələbənin tələbatından, maddi vəziyyətindən asılıdır. Hər bir seqmentə uyğun smartfon var. Ümumi olaraq “Xiaomi”, “Samsung” markalarında hansı çatışmazlıqların olması barədə, təəssüf ki, konkret cavab vermək olmur. Məsələn, “Samsung”un elə seqmenti var ki, “Xiaomi”dən yaxşıdır, eləsi var əksinə, “Xiaomi”də “Samsung”dan yaxşıdır. Tələbələrə tələbatlarına uyğun smartfon almalarını məsləhət görürük. Əvvəlcə qərar verməlidirlər ki, oyun oynamaq üçün alırlar, yoxsa onlayn konfransa, dərsə qoşulmaq üçün? Bəlkə tələbə bloqer olmaq istəyir, telefonu video çəkmək üçün alır. Yəni bütün bunlar sırf öz seçimlərindən asılıdır. Bizim bazarda tələbələr daha çox “Xiaomi” cihazlarına və “Samsung”un orta seqmentli cihazlarına daha çox yer verirlər. Nisbətən maddi imkanı yüksək olanlar isə sırf prestij baxımından “İphone”lardan istifadə edirlər. Ümumilikdə, orta seqment cihazlar tələbələrin işini görə biləcək bir səviyyədədir. Bu gün bir azərbaycanlı tələbə 700-800 manat aralığında orta seqment cihazla bütün ilini rahatlıqla yola verə bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Sentyabr 2022, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin