BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentlə görüşən jurnalist: “Sözlə ifadə etmək çətindir”

“Son bir ildə Şuşaya gedib gəldikdən sonra həyatımda inanılmaz hadisələr baş verir. Bunu artıq sınamışam. Növbəti belə bir hadisə İtaliyada baş verdi. Cənab Prezident İlham Əliyevin qəfil salamlaşması mənim üçün inanılmaz olsa da, əslində Azərbaycanın Dövlət Başçısı, Müzəffər Ali Baş Komandan hər zaman öz sadəliyi, təvazökarlığı və insanpərvərliyi ilə nümunə olub. Həqiqətən bu mənim üçün qürur idi. Azərbaycanı quberniyalara bölünməkdən, naşı idarəçilikdən xilas edərək güclü dövlət qurmuş Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi varisi, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan Dövlətinin ərazi bütövlüyün bərpa etmiş Prezident İlham Əliyevlə ilk dəfə üzbəüz dayanmaq və salamlaşmaq. Sözlə ifadə etmək çətindir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin əməkdaşı Kamran Qasımov bildirib.

 

“Bu məqama diqqət göstərmiş hər kəsə - sıravi vətəndaşdan tutmuş, media vasitələrinə dostlarıma, yaxınlarıma və xüsusilə REAL TV-yə, rəhbərimiz Mir Şahin Ağayev başda olmaqla Səbinə Ağayeva, Lalə Əsgərovaya bir sözlə bu müddətdə fəaliyyətimə dəstək olmuş hamıya hər kəsə dərin təşəkkürümü bildirirəm. Bir də şübhəsiz ki, bu təsvirlərin rejissoru (keçmiş təbircə desək operatoru) illərin peşəkarı Ramin Yaqubova xüsusi təşəkkür düşür. Özünü itirmədi. Bu çox vacib məqamdır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!” – o qeyd edib.

 

Tarix: 2 Sentyabr 2022, 23:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin