BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlaxda 38 yaşlı şəxs gənc oğlanı bıçaqladı

Yevlax rayonunda bıçaqlanma hadisəsi olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 1-də Yevlax şəhəri R.Məmmədov küçəsində qeydə alınıb.

 

Belə ki, 1984-cü il təvəllüdlü Salmanov Ramil Zakir oğlu 2005-ci il təvəllüdlü Rəsulov Vüqar Telman oğlunu aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Daha sonra Ramil bıçaqla Vüqar Rəsulovu vuraraq onun sağlamlığına qəsdən ağır zərər yetirib.

 

Fakta görə Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

R.Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 3 Sentyabr 2022, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin