BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirus xəstəsində narkotik aşkarlandı

Sumqayıtda koronavirus xəstəsinin üzərində narkotik aşkarlanıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Sumqayıt Şəhər Məhkəməsində elan olunub.

 

İttihama görə, Səfər Səfərov (ad, soyadı şərti) “COVID-19” virusuna yoluxduğu halda yaşadığı evi tərk edərək Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “Asan Xidmət” mərkəzinin arxasındakı yaşayış binasının yaxınlığında piyada hərəkət edərək xüsusi karantın rejimi dövründə epidemiya əleyhinə rejimin, eləcədə sanitariya-gigiyena və karantın rejim qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaradıb.

 

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan Səfərin “COVID-19” virusuna yoluxub-yoluxmaması ilə bağlı ondan analiz götürülüb. Analizin cavabı isə “pozitiv” çıxıb.

 

Səfərin üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə içərisindən 0,444 qram çəkidə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülüb.

 

Məhkəmədə Səfər Səfərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

 

Hökmə əsasən, ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası  verilib.

 

Kamal Məmmədov

Tarix: 3 Sentyabr 2022, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin