BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat başqanının müavini: "Yadigar Sadıqlı, o dünyada Rəsulzadəni görsən, qaç gizlən..."

"Yadigar Sadıqlı fürsət tapıb. Yenə də Müsavat Partiyasına qarşı düşmən ideologiya daşıyıcılarının aparmadığı tərzdə gözdənsalma kampaniyasına davam edib. Müsavat Partiyasının hakimiyyətə gələcəyi haqda fikirlərə guya lağ edib, anti-müsavatçılardan dəstək alıb, özünə maraq yaratmağa çalışıb. Görmüşdük ki, hakimiyyətə gələcəyini, ən azı bu istəyini deməyən siyasi partiyalara lağ edərlər. Müsavatın zəifləməsindən guruldayıb, bununla belə bu “zəifləmədə” mövcud hakimiyyətin təzyiq və təqiblərindən, siyasəti, seçkini ləğv etməsindən, seçki sisteminin sıradan çıxarmasından söz açmayıb. Ümumilikdə ölkədə bütün siyasi partiyaların məhv edilməsi fonunda Müsavat Partiyasının pis-yaxşı ayaqda qalmağı bacaran 1-2 partiyadan biri olduğunu qeyd etməyə cəsarəti çatmayıb".

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı bildirib.

 

"Nədənsə ən güclü Lənkəran təşkilatımızı məhv etməsindən, Müsavat Partiyasından kənar, xəbərsiz, bitərəf kimi parlamentə düşmək istəyindən yazmayıb. Sonuncu dəfə Rauf Arifoğlu oxşar əks təbliğat kampaniyasında “Yadigarın arqumentləri”ndən istifadə etmişdi. Daha doğrusu indi Yadigar Sadıqlı “Raufun arqumentləri”ndən istifadə edir. Bütün bunları da guya yalnız ona görə edir ki, o dünyada Rəsulzadə ilə qarşılaşanda utanmasın. Adamın psixoloji durumu, adekvatlığı o səviyyədədir ki, yalnız ölümdən sonranı düşünür, artıq bu dünyada faydalı ola biləcəyini düşünmür. “Müsavat nəylə gələcək hakimiyyətə” soruşur. -Müsavat minimum demokratik şəraitdə keçirələcək ilk seçkidə xalqın dəstəyi ilə ya təkbaşına, ya da müttəfiqləri ilə birlikdə hakimiyyətə gələcək, görəcəksən! Yadigar Sadıqlıya uzun ömür, sağlamlıq arzu edirəm, Allah gecindən versin, işdi o dünyada uzaqdan belə Rəsulzadəni görsən, qaç gizlən... Rəsulzadə səni heç yaxına buraxmaz, zorla yaxınlaşsan, nə edəcəyini mən deməyim özün fikirləş" - S.Soltanlı qeyd edib.

Tarix: 3 Sentyabr 2022, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin