BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşını döyən şəxs: “Bıçaqla üstəmə gəldi, onu vurdum, boğazı cırıldı”

Sumqayıt Şəhər Məhkəməsində qardaşını döyməkdə təqsirləndirilən Pərvin Xasayevin (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rövşən Xəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, Sumqayıtda yaşayan Pərvin Xasayev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qardaşı Səlim Xasayevi (ad, soyadı şərti) şillə ilə vuraraq ona xəsarət yetirib.

 

Məhkəmə iclasında Pərvin Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilib.

 

O, ifadəsində göstərib ki, qardaşı Səlimin psixoloji problemləri var, o, evdə daima münaqişə yaradır, bütün ailə üzvlərini narahat edir:

 

“Mən ona dəfələrlə bu barədə xəbərdarlıq etmişəm, hərəkətlərinə məhəl qoymasını tələb etmişəm. Lakin Səlim hərəkətlərində heç bir dönüş etmədi. Hadisə günü səhər saatlarında işdə olan zaman anam telefonla nənə zəng vuraraq qardaşımın yenidən evdə münaqişə yaratdığını və ev əşyalarını sındırdığını dedi. Mən təxminən saat 20:50 radələrində yaşadığmız ünvana gəldim və Səlimi hərəkətlərinə görə tənbeh etdim. Bu zaman aramızda münaqişə yarandı. Münaqişə zamanı qardaşı Səlim mənə cavab qaytardı. O, sözlərimin heç birinə qulaq asmadı və etdiyi hərəkətlərin doğru olduğunu dedi. Həmin vaxt qardaşım əlinə bıçaq alıb üzərimə hücüm çəkmək istədi. Bu zaman mən əsəbiləşərək onun sifət və boyun nahiyələrinə bir iki şillə zərbəsi vurdum, dirnaqlarım uzun olduğu üçün Səlimin boğazı cırıldı. Daha sonra qardaşım evdən çıxıb getdı”.

 

O, əməlindən peşman olduğunu söyləyib:

 

“Hazırda barışmışıq. Zərərçəkmış şəxsin mənə qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdiklərimin nəzərə alınmasını və barəmdə olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edirəm”.

 

Kamal Məmmədov

Tarix: 3 Sentyabr 2022, 14:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin