BURADA REKLAMINIZ OLA
BİLƏR

Razi Nurullayevin həyətində neft çıxıbmış: “Dedim ki, qazmağı dayandırın, fontan vurar, bizi öldürüb məhv edər”

“Sovet İttifaqı zamanı bütün mülkiyyətlər, sərvətlər milliləşdirildi, “xalqa məxsusdur” deyildi və qanunla müəyyənləşdirildi ki, bu, dövlət tərəfindən idarə olunur və xalqa verilir. Yəni artıq vətəndaşın özünün mülkiyyətində olan torpağın altındakı və üzərindəki sərvət həmin vətəndaşa məxsus deyil. Bu, xalqa məxsusdur, yəni “xalq” deyəndə xalqın adından bunu idarə edən hökumət nəzərdə tutulur. Həmin qanun, bildiyimə görə, bu şəkildə də qalıb. Sovet İttifaqına qədər isə bu məsələ fərqli idi. Mülkiyyət sahibləri onlara məxsus ərazidəki torpağın altında və üstündə olan səvətlər barədə özləri hökm verə bilirdilər. Amma indi bu, belə deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, kiminsə torpağından neft, qaz, su çıxırsa, bu, artıq dövlətə və xalqa məxsusdur, həmin şəxsə yox: “Həmin torpaq, mülkiyyət şəxsin əlindən alınır. 15 il bundan öncə bu məsələni araşdırmışdım. Çünki Novxanıda evdə olarkən maraqlı hadisə baş vermişdi. Həmin vaxt övladlarım azyaşlı idilər. Dedilər ki, torpağı qazırıq, neft çıxır. Gəlib baxıb gördüm ki, 1 metrə qədər qazıblar, neft qoxusu gəlir, qaradır, doğrudan da, neftdir. Şok yaşadım. Qazmağa başladım. Gördüm ki, neft çıxır. Dedim ki, qazmağı dayandırın, bəlkə neft fontan vurar, evi uçurar, bizi öldürüb məhv edər. Üstündən bir saat keçdi. Düşündüm, götür-qoy etdim. Sonra məlum oldu ki, həmin ərazidə maşın dayanıb və bir sutka ərzində maşının altından neft damlayıb. Bir neçə litr neft 1-2 metrə qədər torpağın altına gedib. O vaxtdan bəri düşünürəm ki, kiminsə həyətində neft, qaz, ya mineral su çıxarsa, demək, bu, onun sərvəti deyil. Onun üzərində hökm verə bilməz”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Sentyabr 2022, 14:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin