“Cənab Prezident İlham Əliyevin İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda müxtəlif siyasi institutların, beyin mərkəzlərinin, bilavasitə dünyaya fikir, ideyalar, strategiyalar ixrac edən və vaxtilə Bilderberq, Roma klubları kimi ad çıxaran, bir sıra hallarda siyasi ədəbiyyatlarda konfederasiyaya daha çox yaxın olan mərkəzlərdə master-klassı gerçəkləşmiş oldu. İdeyalar dünya çapında çox qiymətlidir, mühüm sərvətdir. Bu mənada ölkəsəl siyasətə, hətta regional və beynəlxalq münasibətlər sisteminə yenidən baxılması şəraitində Prezidentin planetar missiyası meydana çıxıb. Azərbaycandan baxış necədir? Gördüyünüz kimi, ölkə rəhbəri fikir olaraq bir daha altını cızdı. Post-sovet məkanında prosesləri dərindən bilən, hər bir ölkənin arxasında dayanan hekayəsi və onların yeritdiyi siyasi kursunu dərindən analiz etməyi bacaran və konferensial sirlərə bələd olan İlham Əliyevin bu mənada sözü Qərb məkanı üçün çox mötəbər idi. Bu məsələlər təhlil olunmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
Deputat bildirib ki, Cənab Prezident çıxışında həm resurslar məsələsinə, həm enerji təhlükəsizliyinin təminatı mövzusuna yer ayırdı, buna görə Avropa dövlətlərindən edilən müraciətlərdən bəhs etdi: “Əvvəlki dünya olmayacaq. Bəli, Varşava Paktı çoxdan dağılıb. Yeni münasibətlər sistemi necə qurulmalıdır, hansı prinsiplərə dayanacaq, yeni arxitektura necə formalaşacaq və s. kimi məsələlərə cənab Prezident geniş aydınlıq gətirmiş oldu. Hazırda şübhəsiz ki, sülh müqaviləsi ərəfəsindəyik. Bu, öz-özlüyündə Qafqazda yüz illərdir baş verən düşmənçilik erasının bağlanması deməkdir. Bu, uzun illər, bəlkə də, müxtəlif şəxslərə haqsız qərarlarla verilmiş “Nobel”lərin fonunda yalnız iki xalq, iki dövlət deyil, bunların üzərində uzun onillərdir daha üst səviyyədə konfliktlərini aparan, qlobal savaşlarını, geopolitik toqquşmalarını reallaşdıran dövlətlər arasında da müəyyən uzlaşma nöqtələrinin tapılması demək olacaq. Ona görə də Azərbaycan Qərb və Şərqin toqquşmasını deyil, uzlaşmasını meydana gətirir. Sanksiyalar və embarqolar müharibəsinin deyil, daha puxtələşən proseslərin sülh məcrada inkişafını təlqin edir. Hələ Rusiya-Ukrayna müharibəsindən öncə NATO Hərbi Qərargah rəhbəri və Rusiyanın Hərbi Qərargahına rəhbərlik edən insanlar, o cümlədən ABŞ və Rusiyanın rəhbərləri. burada görüşmüşdü. Beləliklə, vaxtilə İkinci Dünya müharibəsi dövründə Potsdam, Yalta, Tehran-43 kimi beynəlxalq siyasi mərkəzli görüşləri indi Azərbaycan-Bakı üzərinə götürüb. Ona görə də bu qələbə beynəlxalq məkanda münasibətlərə yeni dönəm verir. Vaxtilə cənab Preizdent Böyük Britaniyada “Chatham House” kimi beyin mərkəzində dünya liderlərinin qatıldığı klubda mövqelərini söyləmişdi. İndi isə qədim Romada, dünya sivilizasiyanın paytaxtlarından birində, çox böyük media institutlarının iştirak etdiyi bir şəraitdə qalıcı mövqelər irəli sürdü. O tezislər uzun müddət mətbuatda təhlil olunacaq, ətrafında fikirlər səfərbər ediləcək. Bizim siyasi institutların, diplomatik korpusların, səfirliklərimizin, media qurumlarının vəzifəsi bundan ibarətdir ki, ölkə rəhbəri tərəfindən irəli sürülmüş fikiləri, tezisləri daim gündəmdə saxlasınlar. Azərbaycana qarşı bir sıra dairələrin xarici hücumları qarşısına məhz bu ciddi siyasi hazırlıqlı proqramlarla, konsepsiyalarla, mövqelərlə çıxsınlar”.
Z.Oruc vurğulayıb ki, cənab Prezident İlham Əliyevin hazırkı İtaliya səfəri ilk növbədə Brüssel görüşünə qatılmasından sonra gerçəkləşib.
“Brüssel görüşü bilavasitə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə artıq Vətən Müharibəsində qazandığımız qələbədən sonra Ermənistan-Azərbaycan arasında daimi sülhün yaradılması üçün üzərinə götürməyə çalışdığı, moderatorluq missiyasına, yaxşı mənada ara düzəltmək funksiyasına xidmət edən mühüm görüşdür. Burada mühüm bağları, əlaqələri ayrıca vurğulamalıyıq. Brüssel görüşü bu meydanda, platformada keçirilən sayca dördüncü görüş idi. Belə bir sürəcin yaranması öz-özlüyündə dinamika deməkdir. Bizim aləmimizdə danışıqlar özünün həlledici son raunduna, mərhələsinə daxil olub. Bu, o deməkdir ki, hərbi meydanda əldə etdiyimiz qələbələri, diplomatik-siyasi məkana daşıya bilirik. Tarix boyu baş vermiş dövlətlərarası, millətlərarası, xalqlararası savaşlar ən sonda hansısa aktlar, sazişlər, müqavilələrlə müşaiyət edilib. Əks halda bu, keçici bir vəziyyət yaradır, dayanıqlılığa xidmət etmir. Ona görə də cənab Prezident İlham Əliyevin tarixi missiyası, ilk növbədə onun nümayiş etdirdiyi sərt iradə ona xidmət edir ki, o, qələbəni bilavasitə rəsmiləşdirmək, legitimləşdirmək, onu tarixin və gələcəyin mühüm regional, beynəlxalq təhlükəsizlik platformasına çevirmək niyyətindədir. 2021-ci ilin dekabrında keçirilən ilk görüş zamanı Kəlbəcərdə baş verən lokal toqquşma yenə də baş qaldırmaq istəyən bir ovuc dairələrə dərs idi. Dördüncü görüş öncəsi isə biz artıq “Qisas” əməliyyatı, yeni strateji yüksəkliklər və ən sonda Laçın dəhlizi, Sus və Zabux kəndlərinə nəzarət, Laçının həm Qarabağ, həm Xankəndi, həm Ermənistanla bütün yolların tam olaraq Azərbaycanın nəzarətinə götürülməsi fonunda yaranmış yeni siyasi mühitdən, mərhələdən bəhs edirik. Buna görə də Prezident İlham Əliyev şəxsiyyəti hazırkı dövr regional və beynəlxalq siyasət üçün yetərincə böyük əhəmiyyət daşıyır. O, qalib bir dövlətin lideridir və bu qələbə XXI əsrdə hələ ki yeganədir. Çünki bu gün dünyadakı onlarla coğrafiyada bəziləri yüz illərə, bəziləri isə yeni dövr aid olan konfliktlər mövcuddur. İllər öncə kimsə söyələsəydi ki, biri ana dövlət, digəri isə böyük coğrafiyaya yayılmış, qlobal siyasi sistemdə, təhlükəsizlik mühitində özünün həhlledici yerini bərqarar etmiş Rusiya və Ukrayna kimi dövlətlərin hərbi toqquşmaları baş verəcək, buna kimisə inandırmaq çox çətin olardı. Hazırda qlobal təhlükəsizlik sistemi son dərəcə kövrək xarakter daşıyır. Amma 34 il bundan öncə başlayan, əslində isə yüz illərlə yaşı olan Qarabağ konflikti o dövrdə SSRİ-nin dağılmasına bir vəsilə olmuşdu. Qorbaçovun Kremlə gəlməsi, onun siyasi olimpdə zirvəyə çıxarılması fonunda xalqlar üçün vəd olunan bəlalar şəraitində o dövr Qarabağ böyük bir imperiyanın çöküşündə rol oynamışdı. İndi isə Prezident İlham Əliyevin liderliyi altındakı qələbə dünya çapında böyük, planetar miqyasda sülh və təhlükəsizlik üçün məğlub edilmiş xalqların qələbəyə nail olması modelində dərk oluna bilir”.
Aytəkin Qardaşova
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
Ən son xəbərləri səhifəmizdən də izləyin