BURADA REKLAMINIZ OLA
BİLƏR

Turan İbrahimov: “Köklük, keçəlik utanılası bir şey olmamalıdır”

“Sağlamlığa zərər verməyən köklük, qarındakı yağlanma, saçların tökülməsi-keçəlik müəyyən yaşdan sonra mübarizə aparılası, utanılası bir şey olmamalıdır. Hər kəs gur, qap-qara saçlı, sıfır yağ bədənli olmaq məcburiyyətində deyil. Saç əkdirmək, saç boyatmaq, bədən şəkilləndirmək təbiətimizə zidd olduğu kimi, individuallığımızı da əlimizdən alır. Artıq hər kəs bir- birinin kopyası olmağa başlayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu telejurnalist Turan İbrahimov bildirib.

 

“Gənc və sağlam qalmaq hər zaman əsas hədəfimiz olmalıdır. Amma buna sağlam həyat tərzi sürməklə nail olmalıyıq, özümüzü büt edib, sitayiş etməklə yox. Kim deyib ki, normal həddə kilolu olmaq çirkinlikdir?! Kim deyib ki, seyrək saçlı, keçəl olmaq yaxşı deyil?! Normal kişi-gigiyenası yerində, səliqəli, təmiz geyimdə, ən əsası da işində-gücündə oldumu, bəsdir” – T.İbrahimov qeyd edib.

Tarix: 4 Sentyabr 2022, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin