BURADA REKLAMINIZ OLA
BİLƏR

Kiçik yaşlarında atası, indi isə özü yol qəzasının qurbanı oldu - FOTO

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi zamanı komaya düşən şəxs ölüb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 1-də gecə saatlarında rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.


Belə ki, rayonun Poylu kənd sakini Pərvin Vüqar oğlu Muğalovun idarə etdiyi “Range Rover” markalı avtomobili ilə TIR toqquşub. Nəticədə P.Muğalov ağır bədən xəsarətləri alaraq komaya düşüb.


Daha sonra yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. P.Muğalov yenidən doğma yurduna aparılıb və ora dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.


Qeyd: P.Muğalov kiçik yaşlarında atası V.Muğalovu itirib. Belə ki, 1991-ci ildə V.Muğalov rayonun Poylu kəndi ərazisinə yol qəzasına düşərək vəfat edib.


Kamal Məmmədov 

Fotoları təqdim edirik
Tarix: 5 Sentyabr 2022, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin