BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ölkəmiz Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar bir portnyora çevrilib”

“Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu başlayıb. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Deyərdim ki, son illər ölkəmiz Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar bir portnyora çevrilib. Müstəqil Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən ardıcıllıqla həyata keçirdiyi uğurlu enerji siyasəti, transmilli şirkətlərlə birlikdə reallaşdırdığı irimiqyaslı layihələr ölkəmizə regional və qlobal miqyasda böyük nüfuz qazandırdı. Bu səbəbdən də təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyevin 48-ci Beynəlxalq Çernobbio Forumundakı çıxışında Azərbaycanın dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanındığını xüsusi olaraq nəzərə çatdırdı”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat qeyd edib ki, hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb: “Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Bu gün Azərbaycan Avropa üçün mühüm tranzit mərkəzinə çevrilir, bu sahədə vacib tədbirlər həyata keçirilir. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı da bu barədə geniş əməkdaşlığa dair sənədlər imzalandı. Ölkəmizin Avropa və Asiyanın ən iri iqtisadi inkişaf etmiş ölkələri arasında yerləşməsi beynəlxalq nəqliyyat şəbəkəsində iştirak üçün real zəmin yaradır. Son 15 ildə ölkədə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük dövlət investisiyaları qoyulub”.

Tarix: 5 Sentyabr 2022, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin