BURADA REKLAMINIZ OLA
BİLƏR

Novxanıda şirkətdən 115 min manatlıq traktor oğurlayan şəxslə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Rafiq Allahyarovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, onun apellyasiya şikayətləri təmin edilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Allahyarov 6 il müddətinə azadlıqdan məhrum olunub.


İttiham aktına əsasən, R.Allahyarov 2015-ci il iyunun 21-23-də zərərçəkmiş şəxsə məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, ümumi ölçüsü 0,24 ha təşkil edən 1674-A nömrəli bağ sahəsini qanunsuz qazdırıb və 91 800 manat dəyərində qumunu daşıtdırıb.


Bundan başqa, o, həmin ərazidə ümumi dəyəri 105 300 manat məbləğində müxtəlif növ ağacları məhv edərək zərərçəkmişə ziyan vurub.


Həmçinin istintaqla müəyyən edilib ki, R.Allahyarov 2019-cu il fevralın 3-ü saat 04 radələrində şirkətlərdən birinin rəhbərinin Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanındakı satış mərkəzindən 115 000 manat dəyərində traktorunu oğurlayıb.


Eyni zamanda, o, 2019-cu il dekabr ayının sonlarından 2020-ci il yanvarın 12-dək olan müddət ərzində zərərçəkmişə məxsus “Qurd dərəsi” bağlar ərazisində yerləşən bağ evinin darvazasının qıfılını qıraraq qanunsuz daxil olub. Təqsirləndirilən şəxs oradan ümumi dəyəri 6 930 manat məbləğində dəmir su çəni, dəmir boru, dəmir şveller, dəmir qapı, mişar daşı və.s əşyalar oğurlayıb.


İstintaq orqanı tərəfindən R.Allahyarovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Məhkəmədə dindirilən R.Allahyarov ittiham üzrə özünü qismən təqsirli bilib və əməllərindən peşmandır.


Kamal Məmmədov 

Tarix: 5 Sentyabr 2022, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin