BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbli formalarının hazır olmaması ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirildi

Bakı Tikiş Evi məktəbli formalarının vaxtında hazır olmaması ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirib.

 

Tikiş Evindən Pravda.az-a verilən açıqlamada bildirilib ki, müəssisə məktəbli formalarının istehsalına könüllü şəkildə başlayıb.

 

“Heç bir qurum bizə bu məsələni həvalə etməyib. Statistik göstəricilərin olmaması məktəblilərin hansı rəng formanı hansı sayda istifadə edəcəyini müəyyənləşdirməkdə, buna lazım olan tələbatı təxmin etməkdə bizə çətinliklər yaradıb. Eyni zamanda yeni məktəbli formaları ilə bağlı sualların gec cavab tapması, davamında loqistika krizləri və istifadə olunacaq xüsusi xammalın istehsal müddətinin uzun olması da yaranmış problemin səbəblərindəndir. Bu il yuxarı siniflərin yeni forma geyinmək məcburiyyəti olmadığı üçün şirkətimiz böyük ölçülü geyimlərin istehsalına önümüzdəki ildə başlamağı planlaşdırır. Əlavə olaraq qeyd edək ki, özəl müəssisə olaraq keyfiyyətli məhsullarımıza olan təlabatı il boyu ödəməyə davam edəcəyik”, - açıqlamada qeyd olunub.

Tarix: 5 Sentyabr 2022, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin