BURADA REKLAMINIZ OLA
BİLƏR

Meşə yanğınları ilə bağlı müəmma: ETSN niyə susur?

Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsi Nazirlər Kabinetinə təqdim etdiyi hesabatda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin Azərbaycanda baş verən meşə yanğınlarda əli olması barədə ittiham irəli sürüb.

 

Pravda.az xəbər verir ki, bu sözləri eko-aktivist Cavid Qara deyib.

 

C.Qara bildirib ki, FHN-nin İstintaq İdarəsinin hesabatına görə, meşə yanğınları ilə qırma sahələrinin əlaqəsi var: “Nazirlər Kabineti Prezidentə məruzə etmək üçün ETSN-dən hesabat istəyib. ETSN rəhbərliyindən isə tapşırıq belə olub – “O qədər uzun dəxlisiz bir hesabat hazırlayın ki, oxuyan olmasın”.

 

Səslənən iddialarla bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq.

 

Qurumun mətbuat katibi İradə İbrahimova açıqlama verməkdən imtina etdi:

İradə İbrahimova: “Xəzər kimi unikal dəyərə malik sərvəti niyə  qiymətləndirə bilmirik?” Pravda.az

“Yalan, əsası olmayan, qərəzli və ən əsası ictimai  rəyi çaşdıran belə məlumatları şərh etmək istəmirəm”.

 

Tomris

Tarix: 5 Sentyabr 2022, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin