BURADA REKLAMINIZ OLA
BİLƏR

Yadigar Sadıqlı: “Ziyarətgahın həyətində oturub yeyirlər, çay içirlər, dərdləşirlər, istirahət edib qayıdırlar”

“Lerik ərazisində baş verən qəzadan sonra feysbukda “pirdə, ziyarətgahda nə var axı” tipli yazılar gözümə dəyir. Hadisə haqqında eşidən kimi belə yazılar gözləyirdim. Belə ziyarətlər inanc məsələsindən savayı qadınlar üçün həm də piknik, istirahət anlamındadır. Lənkərandan Lerikdəki ziyarətgaha gedən qadınlar özləri ilə yemək götürürlər, çox vaxt elə ziyarətgahın həyətində oturub yeyirlər, çay içirlər, dərdləşirlər, istirahət edib qayıdırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ictimai fəal Yadigar Sadıqlı bildirib.

 

Y.Sadıqlının sözlərinə görə, rayonlarda qadınların əksəriyyətinin ərinə “mən sabah bacımla, qonşumla, rəfiqəmlə səhər evdən çıxıb axşam qayıdacağam” deyə biləcəyi hal yalnız ziyarətgah səfəridir: “Kişilərin də əksəriyyəti günah qorxusundan icazə verir. Proqressiv şeylər yazmağı mən də sevirəm, amma gerçəklik göründüyündən daha dərində ola bilər. Bir də ki, dediyim yanaşma ilə “gecə klubunda nə işi vardı?” yanaşması bir medalın iki üzüdür. Ümumiyyətlə, bizdə bir-birinə zidd görüşlərə malik qrupların eyni mahiyyətli yanaşma sərgiləmələri artıq təəccüb doğurmur”.

Tarix: 5 Sentyabr 2022, 18:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin