BURADA REKLAMINIZ OLA
BİLƏR

Tərtərdə qohumunu namus üstündə öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə qohumunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Aqil Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə ötən ilin noyabrında Tərtər rayonu ərazisində qeydə alınıb.


Belə ki, Tərtər sakini, 1998-ci il təvəllüdlü Tural Mustafayev şəxsi münasibətlər zəminində qohumu, 1990-cı il təvəllüdlü A.Süleymanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.


A.Süleymanov saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.


İttihama görə, A.Süleymanov qohumu T.Mustafayevi namus üstündə öldürüb.


Belə ki, o, Turalın evli olan bacısı ilə yaxın münasibətdə olduğunu öyrənib və daha sonra onu öldürmək qərarına gəlib.

 

Kamal Məmmədov 

Tarix: 6 Sentyabr 2022, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin