BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azəriqaz” Cahid Hüseynovun biznes şəbəkəsinin olduğu barədə iddialara cavab vermədi

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun istismar üzrə müavini Cahid Hüseynovun qanunsuz biznesi barədə səslənən iddialar müzakirələrə səbəb olub.

 

Pravda.az iddialarla bağlı “Azəriqaz” İstehsalat Birliyinə sorğu göndərsə də, cavab verilməyib.

 

Ötən 1 həftə müddətində sorğuya cavab verilməməsi müəmmalıdır.

 

Qeyd: İddialara görə, C.Hüseynovun şirkətlərinin miqyası Salyandan Türkiyə və Dubaya uzanır. Bildirilir ki, direktor müavini elektrik avadanlıqlarının satışından tutmuş, istixana kompleksləri və digər bu kimi işlərlə məşğuldur. Bununla yanaşı, Cahid Hüseynovun “Azəriqaz”da məsul olduğu işlərlə bağlı xeyli şikayətlər var. Ən vacib məsələ isə vətəndaşların bitməyən “sayğac problemi”dir. İddialara görə, C.Hüseynov “Azəriqaz” İB-də Texniki-təmir şöbəsinin müdiri olarkən xeyli qanunsuzluqlara imza atıb. O, Salyandakı yerüstü qaz xətlərinin satılmasından tutmuş, biznes subyektlərinə qanunsuz qaz çəkilişinin həyata keçirilməsinə qədər bütün neqativ işlərə yelkən açıb.

 

Aytəkin Qardaşova

Tarix: 6 Sentyabr 2022, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin