BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda 4 uşaq atasını avtomobillə vuraraq öldürən şəxslə bağlı hökm çıxarıldı

Abşeron Rayon Məhkəməsində piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Raqif Həsənovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Raqif Həsənov CM-nin 56.1.1-ci maddəsinə əsasən, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyəcək.


Qeyd: Hadisə bu iıəl fevralın 15-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində qeydə alınıb.


Belə ki, Raqif Həsənov etibarnamə əsasında idarə etdiyi "Toyota Prado" markalı avtomobillə hərəkətdə olarkən həmin ərazidə yolun sol hissəsində yerləşən
“Adiclo” geyim mağazasının qarşısındakı ərazidə yolu soldan sağa keçən piyada Yaqub İsmayılovu vuraraq öldürüb.


Məhkəmənin baxış iclasında Raqif Həsənov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.


Dörd uşaq atası olan Yaqub İsmayılovun hüquqi varisi, həyat yoldaşı məhkəmərə bildirib ki, təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə Raqifə qarşı şikayəti və tələbi yoxdur.


Kamal Məmmədov 

Tarix: 6 Sentyabr 2022, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin