“Məcbur köçkün rayonlarının təmsil edən deputatlarıq. Gündəlik bu insanlarla ünsiyyətdə oluruq. Problemlər ölkə başçısının qayğısı ilə azalmaqdadır. Məcburi köçkün statusu ilə bağlı məsələlər var ki, özündən sonra bir sıra problemlər yaradır. Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır”.
Pravda.az-ın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin sədr müavini Bahar Muradova deputat Elman Məmmədovun çıxışına dəstək olaraq bildirib.
MM-in sədr müavini bildirib ki, insanlar zaman-zaman bu məsələ ilə bağlı narazılıqlarını ifadə edirlər:
“Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə müraciət edir, biz də rayon icra hakimiyyətlərinə və “Qaçqınkom”a müraciət edirik. Onlar da bizə cavab məktubu yazırlar ki, filan nömrəli sərəncamın filan bəndinə görə bu problemləri həll etmək mümkün deyil. Biz də özlüyümüzdə bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, problemlər həll olunsun. Problem də həll olunmadıqca üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur”.
Vitse-spiker qeyd edib ki, son vaxtlar belə müraciətlərin sayı artıb: “Bu problem təmsil etdiyim Fizuli rayonu ərazisində 12 min nəfərədək əhalini əhatə edir. Çünki məlum sərəncamla köçkün statusu alan şəxslər təminatlardan məhrum oldular. Müəyyən məntiqlə bu qərarı qəbul ediblər, amma hər kəs də bunu qəbul edə bilmir və anlaşılmır. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza dövlət tərəfindən verilən müavinətlər dayandırılır. Həmçinin, bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər. Dostu, yaxın qohumu tərəfindən onlara bağışlanan bir otaqlı mənzil varsa, həmin şəxslər bu təminatlardan məhrum olunur. Burada bərabərsizlik yaranır. Hüquqları, güzəştləri müəyyən etmişiksə, onda hər kəs bundan bərabər istifadə etməlidir. Problem həllini tapmayıb, həmin şəxslər ev-eşiylərinə qayıtmayıb. Ona görə də status hələ də onun üzərindədir. Lakin statusun onlara verdiyi imkanlar məhdudlaşıb. Anlayıram ki, bu, müəyyən qədər çətinliklər olan dövrdə qəbul edilən qərar idi. Hesab edirəm ki, getdikcə ölkə başçısı tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kəndə olan eyni statuslu şəxslərin bir qismi bundan istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir”.
B.Muradova vurğulayıb ki, hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində problemlər yaranır.
“Bu şəxs halbuki başqa ölkəyə getməyib, vətəndaşlığını dəyişməyib. Hərbi xidmətə gedib qayıdıbsa, necə ola bilər ki, statusunu bərpa edib lazımi yerdə qeydiyyata düşə bilməsin? Ailəsindən boşanıb yenidən məcburi köçkün yataqxanasında yaşayan ailəsinin yanına qayıdan qadınların yenidən orada qeydiyyata düşməsi qeyri-mümkündür. Halbuki onun şəxsiyyət vəsiqəsində illərlə burada qeydiyyatda olduğu yazılıb. Bununla bağlı heç kimi qınamıram. Çünki aidiyyəti qurumlar bu məsələdə səlahiyyətə malik deyillər. Ona görə də həmin sərəncama yenidən baxılması bu məsələlərə yeni yanaşmaların olmasına gətirib çıxarardı. Hökumətdən xahiş edirəm ki, məsələni diqqətdə saxlasın və getdikcə artan problemlərin qarşısını birlikdə alaq”.
26 Aprel 17:46
26 Aprel 17:36
26 Aprel 17:25
26 Aprel 17:22
26 Aprel 17:20
26 Aprel 17:09
26 Aprel 16:39
26 Aprel 16:31
26 Aprel 16:27
26 Aprel 16:20
26 Aprel 16:17
26 Aprel 16:09
26 Aprel 16:08
26 Aprel 16:00
26 Aprel 15:53
26 Aprel 15:51
26 Aprel 15:36
26 Aprel 15:28
26 Aprel 15:23
26 Aprel 15:22
26 Aprel 15:08
26 Aprel 15:06
26 Aprel 15:04
26 Aprel 15:03
26 Aprel 15:01
26 Aprel 14:53
26 Aprel 14:46
26 Aprel 14:25
26 Aprel 14:21
26 Aprel 14:16
26 Aprel 14:12
26 Aprel 13:54
26 Aprel 13:49
26 Aprel 13:21
26 Aprel 12:51
26 Aprel 12:50
26 Aprel 12:46
26 Aprel 12:38
26 Aprel 12:36
26 Aprel 12:34
26 Aprel 12:32
26 Aprel 12:26
26 Aprel 12:25
26 Aprel 12:18
26 Aprel 12:16
26 Aprel 12:12
26 Aprel 12:05
26 Aprel 11:45
26 Aprel 11:42
26 Aprel 11:34
26 Aprel 11:19
26 Aprel 11:15
26 Aprel 10:55
26 Aprel 10:46
26 Aprel 10:37
26 Aprel 10:31
26 Aprel 10:23
26 Aprel 10:20
26 Aprel 10:17
26 Aprel 10:09
26 Aprel 09:52
26 Aprel 09:50
26 Aprel 09:49
26 Aprel 09:42
26 Aprel 09:27
26 Aprel 09:18
26 Aprel 09:11
26 Aprel 08:59
26 Aprel 08:54
26 Aprel 08:51
26 Aprel 08:50
26 Aprel 08:46
26 Aprel 08:45
26 Aprel 08:43
26 Aprel 08:40
26 Aprel 08:38
26 Aprel 08:35
26 Aprel 08:31
26 Aprel 08:28
26 Aprel 08:25
26 Aprel 08:22
26 Aprel 08:18
26 Aprel 08:16
26 Aprel 08:15
26 Aprel 08:12
26 Aprel 08:09
26 Aprel 08:05
26 Aprel 08:02
26 Aprel 07:34
26 Aprel 06:43
26 Aprel 06:40
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
25 Aprel 18:24
25 Aprel 18:22
25 Aprel 18:20
25 Aprel 18:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:05
25 Aprel 17:59
25 Aprel 17:57
25 Aprel 17:55
25 Aprel 17:53
25 Aprel 17:33
25 Aprel 17:30
25 Aprel 17:12
25 Aprel 17:08
25 Aprel 16:48
25 Aprel 16:28
25 Aprel 16:27
25 Aprel 16:17
25 Aprel 16:11
25 Aprel 16:09
25 Aprel 16:03
25 Aprel 15:57
25 Aprel 15:55
25 Aprel 15:50
25 Aprel 15:48
25 Aprel 15:34
25 Aprel 15:07
25 Aprel 15:04
25 Aprel 14:51
25 Aprel 14:43
Ən son xəbərləri səhifəmizdən də izləyin