BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabadda 6 nəfərin ölümünə səbəb olan sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə Sabirabad rayonunda traktorun su kanalına düşməsi nəticəsində 6 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücü - Xalid İmanovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.


Qeyd: Hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib. Rayonun Şəhriyar kənd sakini, İmanov Xalid Əjdər oğlu idarə etdiyi traktorla tarlaya işçiləri aparan zaman traktor idarəetmədən çıxaraq su kanalına düşüb.


Nəticədə qoşquda əyləşən 7 qadın sərnişindən 6-sı ölüb. Daha iki nəfər isə ağır halda Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.


Dünyasını dəyişən şəxslər - 1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı, 2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, 2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı, 1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı, 1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızıdır.


Hadisə nəticəsində ölən şəxslər arasında ana və 18 yaşlı əkiz qızları da olub.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə X.İmanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.


Kamal Məmmədov 

Tarix: 6 Sentyabr 2022, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin