BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputata qarşı 230 minlik dələduzluq edən şəxs məhkəmə qarşısında - FOTO

Uzun müddət Naxçıvan Ali Məclisinin deputatı olmuş və Naxçıvanda müxtəlif rəhbər vəzifələrdə çalışmış Nəsrulla Bayramova qarşı Bakıda 230 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Bağırov Elçin Səmid oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.


İş üzrə ümumilikdə 7 zərərçəkmiş var.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Daha əvvəl zərərçəkmiş N.Bayramov hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, tanışı E.Bağırova iş görmək adı ilə 230 min manat verib. E.Bağırov isə pulu mənimsəyib. Faktı N.Bayramovun özü də təsdiqləyib.


O deyib ki, E.Bağırovla alacaqları armaturu tikinti şirkətlərinə sataraq qazanc əldə etməyi planlaşdırıblar: “Bir ayın tamamında Elçin Bağırov vəd etdiyi qazancı çatdırmadı. Araşdırdım ki, pulu mənimsəyib. Rəsmi qurumlara müraciət etdim. Hüquq-mühafizə orqanlarından mənə məlum oldu ki, bu, Elçin Bağırovun ilk dələduzluq əməli deyil. O, əvvəl də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Şikayətim prokurorluq tərəfindən Yasamal Rayon Polis İdarəsinə göndərilib".


Sabiq deputat qeyd edib ki, müstəntiq qərarında göstərib ki, E.Bağırov pulu Nəsrulla Bayramovdan yox, Habil Əliyevdən aldığını deyir: “Lakin Habil Əliyevin də zərərçəkmiş kimi tanınmayıb. Əsas kimi də 230 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi yox, uğursuz biznesə görə “batdığı” göstərilib. Bütün səs yazılarını istintaq orqanına təqdim etmişəm. Elçin Bağırov Habil Əliyevlə danışığında pulu məndən aldığını dəfələrlə etiraf edib, hətta borc qarşılığında mənə mənzil də təklif edib. Elçin Bağırov alqı-satqısı ilə də məşğuldur. Elə bu işlə bağlı da bir neçə nəfərə qarşı dələduzluq edib. Bu adamı kimlərin himayə etdiyini bilmirəm. Bir dəfə dələduzluğa görə məhkumluq həyatı yaşayıb".


Kamal Məmmədov 

Fotoları təqdim edirik
Tarix: 6 Sentyabr 2022, 19:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin