BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını öldürən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən Zeynal Zeynalovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal Zeynalov 17 il azadlıqdan məhrum edilib.


Qeyd: Ötən il iyunun 20-də Binəqədi rayonu ərazisində 1985-ci il təvəllüdlü Ramil Oruclunun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.


Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Kamal Məmmədov 

Tarix: 6 Sentyabr 2022, 21:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin