BURADA REKLAMINIZ OLA
BİLƏR

Kürdəmir RİH SMM xidməti üçün 26400 manatlıq müqavilə imzalaması xəbərini təkzib etdi

Kürdəmir Rayon İcra Hakimiyyəti SMM xidmətlərinin satın alınması üçün 26 400 manatlıq müqavilə imzalanması ilə bağlı yayılan məlumatları təkzib edib.

 

RİH-dən Pravda.az-ın sorğusuna cavab olaraq deyilib ki, sözügedən müqavilə imzalanmayıb.

 

“Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa uyğun olaraq, SMM xidmətlərinin satın alınmasını təmin etmək məqsədilə keçirilmiş açıq tender (elektron satınalma) prosedurunda 2 fiziki, 1 hüquqi şəxs tender təkliflərini təqdim edib. Hər 3 təşkilatın tender təklifləri müqayisə olunub. Yekunlaşmış açıq tender prosedurunda ən aşağı, yəni 26 400,00 manat dəyərində tendər təklifini Emin Adil oğlu Məmmədzadə təqdim edib. Yekunlaşmış açıq tender prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolu təsdiq olunmadığından Emin Adil oğlu Məmmədzadə ilə heç bir satınalma müqaviləsi bağlanmayıb”, - açıqlamada bildirilib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Sentyabr 2022, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin