BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “İmam Hüseynin Kufədən olan şiələr tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat düzgün deyil”

“İmam Hüseynin Kufədən olan şiələr tərəfindən qətlə yetirilməsi məlumatı düzgün deyil. 680-ci ildə, İmam Hüseynin qətlə yetirildiyi dövrdə hələ şiəlik yox idi. Kufəlilər də heç şiə deyildilər. Şiəlik olmayandan sonra, aydın məsələdir ki, onun ardıcılları da olmur. Ola bilsin ki, Kufə əhli həmin döyüşdə iştirak edib. Çünki Zeyd Kufə əhlini aldatdı və İmam Hüseynin orada vali olmasına razılıq vermədi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.

 

“Ehtimal olunur ki, orada həm Zeydin qoşunları olub, həm də Kufə əhli. Amma Kufə əhli həmin dövrdə şiə olmayıb, sadəcə, müsəlman idilər. Düzdür, o qədər də günvəniləcək müsəlman deyildilər. Onlar İmam Hüseynə söz veriblər ki, gəl, bizim valimiz olacaqsan. O da gəlib, yolun yarısında Zeydin adamları ilə söhbət edib, danışıblar. Zeyd onları yollarından döndərib və İmam Hüseynə “yox” deyiblər...”, - R.Əliyev bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Sentyabr 2022, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin