BURADA REKLAMINIZ OLA
BİLƏR

Masallıdan Bakıya gələn qadını avtomobil vuraraq öldürdü

Nərimanov Rayon Məhkəməsində piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə Nərimanov rayonu, Z.Bünyadov prospekti, “20 yanvar” metrostansiyası istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətinə gedən yolda qeydə alınıb.

 

Belə ki, Vüqar Quliyev idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə piyada Hakimə Abbasovanı vurub. Xəstəxanaya aparılan yaralı orada ölüb.

 

Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Vüqar Quliyevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Zərərçəkmişin hüquqi varisi məhkəmədə ifadə verərkən bildirib ki, Masallı sakini olmuş Hakimə Abbasovanın atası rəhmətə getdikdən sonra rayondan Bakıya gəlib.

 

Kamal Məmmədov

Tarix: 7 Sentyabr 2022, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin